Baş redaktordan Təhsil Nazirliyinə sərt ittiham Nazirliyi katibələr idarə edir

Baxılıb:337

Əgər təhsillə bağlı bir dərdiniz varsa,dərdinizi deməyə nə,Bakı Şəhəri Təhsil Şöbəsində,nə də ki,Təhsil Nazirliyində bir dənə də olsa rəsmi adam tapmaq qeyri-mümkündür. Bu gün öz övladımla bağlı bir problemin həllini axtarmaq ücün Bakı Şəhər Təhsil Şöbəsində oldum .Pandemya ilə bağlı qəbulun olmadığı bildirildi. Mən rəsmi bir nümayəndə ilə danışmaq istədim. Lakin rəhbərliyin məzuniyyətdə olduğu bildirildi.Mənimlə danışan isə gözəl səsli xanım oldu. Məni Təhsil Nazırliyinə getməyə vadar etdilər. Qəbul şöbəsindən 146 qaynar xətti ilə əlaqə saxlamağı məsləhət gördü. Mən qaynar xətdə yığıb xeyli vaxt gözlədikdən sonra yenədə gözəl səsli bir xanım götürüb mənim dərdimi dinlədi. Yenə də məni rəsmi bir məmurla əlaqələndirməyi xahiş etdim. Xanım uzun müddət xətdə gözlətdikdən sonra mənə bildirdi ki, rəhbərlikdən heç kim yoxdur. Belə olduğu halda adi vətəndaş nə etməli? Həmişə dediyim kimi ölkə rəhbəri indiki vaxtda məzuniyyətdə deyilsə, məmurlar məzuniyyətə çıxıb  işləməyəcəksə ,ölkə rəhbəri məmurların işlərini görəcəksə ,bizə belə məmurlarlar lazımdırmı?!!! 

Akif Səfərov AzTimes.az (azadses)


Abunəlik