Evində narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

Baxılıb:204
Evində narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

AzTimes.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 19-da RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Vəliyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman şüşə qabın içərisində 187 qram narkotik vasitə olan qurudulmuş marixuana və plastik qabda əkilmiş 2 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir