Kürdəmirin icra başçısı və daha bir neçə nəfər saxlanılıb

Baxılıb:364
Kürdəmirin icra başçısı və daha bir neçə nəfər saxlanılıb

Kürdəmirdə keçirilən əməliyyat zamanı icra başçısı da daxil olmaqla bir neçə vəzifəli şəxs saxlanılıb. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar. Hazırda əməliyyat davam edir.

AzTimes.az


Abunəlik