“İndi otursun papağını qoysun qabağına və özü seçsin kimin Mirşahinidir”

Baxılıb:682
“İndi otursun papağını qoysun qabağına və özü seçsin kimin Mirşahinidir”

Mənə maraqlıdır ki, küçə jarqonları ilə özünü ifadə edən şəxsin kitablarını kim oxuyur?

Məhşurlaşmaq istəyən hər kəs hamımızın, xalqımızın narazı olduğu, daimi səsləndirdiyimiz məsələlər üzərindən niyə özünə xal qazanmaq istəyir?

Kəramətin adını bu yaxında eşitmişəm.Sən demə belə yazıçı var imiş.

Məni Kəramətin dedikləri zərrə qədər maraqlandırmır.Çünki, onu bir şəxsiyyət olaraq qəbul etmirəm.Adamı yandıran Mirşahin Ağayev kimi istedadlı bir insanın dedikləridir.Həqiqətən Mirşahin kimi jurnalistlər çox nadir hallarda yetişir.

Mirşahinin də “uşaq pulu” ilə bağlı söylədiklərini dinləmişəm. Bir ekspert olaraq qeyd edim ki, “savadsız dövlət məmuru” prizmasından baxanda Mirşahin sərfəli söz deyir.Əminəm ki,bu çıxışa görə bəziləri ona “çox sağol” da deyirlər.

Lakin, beynəlxalq sosial məsuliyyət standartları, beynəlxalq təcrübəni Mirşahin bəy araşdırma aparmalı idi.
Bildiyimiz kimi tükənən sərvətimiz olan neftdən əldə gəlirlərdən formalaşan “Dövlət Neft Fondu”na toplanan vəsaitlər bizim deyil, gələcək nəsillərin puludur.Hər il biz məcburi qaydada Dövlət Neft fondundan kəsrlərlə hər ili başa vuran “Dövlət büdcəsi”nə büdcə xərclərinin ən azı 40%i miqdarında pul transfer edirik.Uşaq pulu vermirik, onda onların pullarını niyə xərcləyirik?

Mirşahin bəy ölkə başçısına yardım etmək istəyirsə, daha yaxşı olardı ki, bu kəsrlərin niyə, hansı səbəbdən yarandığını, ümumiyyətlə xərclənən bu vəsaitlərin səmərəlilik əmsalı nə qədər olduğunu, bugünə qədər dövlət tərəfindən ayrılmış investisiyaların fondverimliliyinin nə qədər olduğunu, təmir edilən yolda 2 il sonra niyə yenidən təmir aparılır kimi məsələləri gündəmə gətirməli idi.

Hamı bilsin ki, bir çox sosial təminat məsələlərinin gecikməsi büdcədən ayrılan vısaitlərin israf edilməsi nəticəsindən meydana gəlir.

Düşünürəm ki, hamı bacardığı qədər belə məsələləri dilə gətirməli, ölkə başçısına belə məsələlərin gündəmə gətirilməsində yardımçı olmalıdır.

Mirşahin Ağayev “Ans” tv-nin vaxtında xalqın Mirşahini idi.Mənim də ona münasibətim hər zaman yaxşı olub.İndi otursun papağını qoysun qabağına və özü seçsin kimin Mirşahinidir.

Asif İbrahimov AzTimes.az


Abunəlik