“Əziz millətimiz Zahid Oruc nə lazımdırsa deyib”-KAMRAN HƏSƏNLİ-VİDEO
Tanınmış televiziya aparıcı Kamran Həsənli sosial şəbəkədə millət vəkili Zahid Orucun
Türk ordusunun Azərbaycana gəlişinin Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməsiylə bağlı fikirlərinə sərt münasibət bildirib.
Kamran Həsənli öz çıxışında qeyd edib ki, deyəsən bu dəhşətli strateq dostla düşmənin fərqini bilmir.Amma 1918-ci ildə də belə hallar baş verib.Nuru paşa öz xilaskar əsgərləri ilə Azərbaycana gələndə buradan Moskvaya çağırış məktubları yazan deputatlar olub.Əslində mən Zahid Oruc barədə fikirlərimi bölüşmək istəmirdim.Çünki onun bu strateji araşdırmalarından sonra əziz millətimiz sosial şəbəkələrdə nə lazımdırsa deyib,üstəlik də kəskin şəkildə deyiblər.Amma bir neçə il bundan əvvəl Milli Məclisdəki bir çıxışı gözümə dəydi.Orada da deyir ki,”sülhsevər”ermənilərin Bakıya qayıtması yaxşı olardı.Onlar gedərdilər Şəhidlər Xiyabanına.Yəni bu adam erməniləri Şəhidlər Xiyabanına aparmaq istəyir.Orada baş əyərdilər,üzr istəyərdilər və sonra rahat yaşayardılar.Yenə də daşnaklara pul köçürərdilər.
Aparıcı daha sonra bildirib ki,hörmətli “deputat” bəlkə İrəvandan,Zəngəzurdan döyülüb təhqir olunmuş soydaşlarımızın geri dönməsi barəsində danışardız?!Üstəlik də bu neçə il ərzində ardıcıl çıxışları ilə Zahid Oruc bu araşdırmaları ilə görəsən kimə xidmət edir?
Son zamanlar beşinci kolondan çox danışırlar.Beşinci kolonun üzvləri belə ekstrimal situasiyalarda,müharibə şəraitində rəqib ölkələrdə vətəndaşları çaşdırmaqla və onların fikirlərini yanlış yola yönəltməklə məşğul olarlar.Zahid Orucun bu araşdırmaları məncə xüsusi orqanlarımızın onun barəsində araşdırmaları ilə nəticələnsə yaxşı olar.
Sonda Zahid Oruca demək istəyirəm ki,türk ordusunun Azərbaycana gəlişi əsl millətsevərləri çox sevindirir.Əziz millətimiz bu ordunun önünə gül-çiçəklə və sevgi ilə çıxır.Bundan narahat olanlara isə “bay-bay” deyirik.
AzTimes.az Kamran Həsənlinin videosunu təqdim edir:
(Analoq.az)