Ramiz Mehdiyev sabiq nazirə vəzifə verdi
“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edilib”.
AzTimes.az xəbər verir ki, bunu “report”a açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.
Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abbasov “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsindən azad edilib. Onun yerinə isə əməkdar mühəndis Vasif Abbasov təyin olunub.(BAKU.WS)