“Azərişıq” ASC artıq yazılan borc barədə niyə cavab vermirsiniz?-JURNALİST

Baxılıb:959
“Azərişıq”  ASC artıq yazılan borc barədə niyə cavab vermirsiniz?-JURNALİST

Bir neçə gündür mətbuatda “Azərişıq” ASC-nin əhaliyə göndərdiyi qəbzlərlə bağlı silsilə məqalələr dərc olunur.

Mətbuatda gedən yazılardan da aydın olunur ki,əhalinin haqlı etirazı yazılan borcların ikiqat olmasıdır.

“Mətbuatda borcla bağlı yazılanları oxudum. Mənə də “Azərişıq” ASC qəbz yollayıb.Mən yay aylarında 110-120 kvts işıq enerjisi işlətmişəm.Bu da haradasa 7-8-9 manat eləyir.Bu ay üçün nəzərdə tutulan borc da işlətdiyim elektrik enerjisi də ikiqat yazılıb.244 kvts işıq enerjisini özümə də maraqlıdır əvvəlki aylarda niyə işlətməmişəm”

Bu sözləri Analoq.az saytının baş redaktoru jurnalist Savalan Talıblı redaksiyamıza bildirib.Jurnalist “Azərişıq” ASC -nin qaynar xəttinə və sosial şəbəkədə olan hesablarına məlumat verdiyini bildirsə də də problemin öz həllini tapmadığını da söyləyib.

Jurnalist daha sonra bildirib ki, karantin günkərində əhalinin vəziyyəti onsuz da çətindir,insanlar gündəlik ehtiyaclarını ödəməyə çətinlik çəkir.Bir yandan da artıq yazılan borc insanlara ,şəxsən mənə çox pis təsir edir.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə, xüsusən də mövcud pandemiya ərəfəsində belə hallar bir başa məsuliyyət yaradır. Çünki əhalinin sosial çətinlik içində olduğu bir dönəmdə kommunal xərclərin artırılması və ya qəsdən artıq hesablanması yalnız təxribat xarakteri daşıyır. Ümidvarıq ki, bu haqda hüquq mühafizə orqanları ciddi araşdırma apararaq bu və ya bu kimi əməllərə rəvac verən qurumların əsl siyasi məqsədini öyrənib müvafiq tədbir görəcəklər.

Ümidvarıq ki, “Azərişıq” ASC də yaranan problemləri tezliklə həll edərək törədilən əməlin mahiyyəti və səbəbləri barədə açıqlama verəcək.

AzTimes.az


Abunəlik