Prezident sərəncam imzaladı
Prezident İlham Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzTimes.az-ın məlumatına görə, sərəncamla Salyan şəhərində Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə, ilkin olaraq, 2 milyon manat ayrılıb.