Qarşısında diz çökdürür,əlini öldürür-Ramiz Mehdiyevə ağır ittiham

Baxılıb:729
Qarşısında diz çökdürür,əlini öldürür-Ramiz Mehdiyevə ağır ittiham

Prezident Administrasiyanın (PA) keçmiş rəhbəri, Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev son aylarda gündəmin əsas müzakirə edilən simalarındandır. Onu tənqid edənlərin sayı durmadan artır.

AzTimes.az xəbər verir ki, son olaraq, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov modern.az saytına verdiyi geniş müsahibədə bu məsələyə toxunub və ciddi müzakirələr doğuran fikirlər səsləndirib.

Deputat bildirib ki, onun qarşısında ikiqat əyilənlər indi haqqında xoşagəlməz sözlər deyirlər, əlini öpənlər bu gün danışmağa başlayıb. Hətta S.Novruzov dediklərinin şahidi belə olduğunu deyir.

PA rəhbərinin əsas sərt tənqidçilərindən biri də YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayevdir.

O, “Yeni Müsavat”da YAP funksionerinin dediklərinə belə cavab verib: “Bilmirəm ki, bu sözlərin müəllifi kimi nəzərdə tutur. Açıq danışsın. 20 ildir ki, Ramizi görmürəm və görmək istəyində də deyiləm. Ondan əvvəldə də onunla görüşmək məqsədim və şəxsi əlaqəm olmayıb. Çünki 1988-ci ildən sonra ona ilk günlər soyuq, sonralar isə acıqlı münasibətim olub.

Səbəbini isə hələlik açıqlamaq istəmirəm. Onun qarşısında ikiqat əyilmək məsələsinə gəlincə, müəllifin fikirləri həqiqətdir. Düz danışır. Mən də dəfələrlə eşitmişəm ki, qarşısındakının ikiqat olmasını sevir. Yaltaqlara, ikiüzlülərə, xəbərçilik edənlərə, böhtançılara və təlxəklərə rəğbətlə yanaşır. Dizi üstə oturub əlini öpənlərdən xoşu gəlir. Amma Ramiz Mehdiyev akademiyada bunları etməsə, daha yaxşı olar. Çünki koronavirusa yoluxa bilər. Allah onu qorusun”.


Abunəlik