382 gün ac qalaraq ideal çəki itirdi

Baxılıb:440
382 gün ac qalaraq ideal çəki itirdi

1965-ci ildə 27 yaşlı 207 kq çəkili şotlandiyalı gənc Angus Barbieri artıq çəkisinə görə həkimə müraciət edir. Barbieri ilk mərhələdə təxminən 40 gün ac qalır və bunun işə yaradığını görüb həvəslənir. O, ideal çəkisi olan 82 kq-a düşmək üçün aclıq pəhrizini 382 gün davam etdirir. 382 gün – bu göstərici dünyada qeydə alınmış ən uzun müddətli 2-ci aclıq hesab edilir. (1-ci yer Dennis Goodwin – 385 gün)

Angus Barbieri bu müddətdə ancaq çay, kofe, soda və vitaminlər qəbul edirdi. O, vaxtının çoxunu evdə keçirdi. Təbii ki, bu uzun müddətli aclıq həkimin nəzarəti altında davam edirdi. Əks halda ölümlə nəticələnə bilərdi.

382 gündən sonra Barbieri 207 kq-dan arzuladığı çəkiyə – 82 kq-a düşdü. 125 kilo arıqladı. Həmin müddətdə Angus Barbieri böyük tualet ehtiyacını 37-48 gündə bir dəfə ödəyirdi.

382 gün boyunca iradə, əzm göstərən Angus Barbierinin ilk yeməyi 1 dilim yağlı çörək, 1 ədəd qaynanmış yumurta və 1 fincan qəhvə oldu. Bu yeməkdən sonra o, çox doyduğunu bildirmişdi.

Maraqlı bir məqam da odur ki, bu adam cəmi 51 il yaşayıb.

AzTimes.az

( Mənbə: Science Alert, Postgraduate Medical Journal)


Abunəlik