SOCAR-ın əməkdaşı karantin qaydalarını ciddi şəkildə pozdu FOTO-VİDEO
Sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi şəkildə əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəbərdarlıqlara məhəl qoymayan, karantin rejiminin tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Ancaq hər gün qanunları pozan fiziki və hüquqi şəxslərə rast gəlirik.
Qanunla.Az İnformasiya Agentliyinin elektron poçtuna gələn məktuba əsasən bildiririk ki,Mərdəkan qəsəbəsində yerləşən villaların birində bir qrup şəxs karantin qaydalarını ciddi şəkildə pozaraq qonaqlıq təşkil ediblər.
Video çarxda da,göründüyü kimi,ev sahibinin 5-dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını ciddi şəkildə pozduğu aşkar edilib.
Aldığımız məlumata görə,həmin villa “PSG Kapital İnvestisiya Şirkəti” QSC-nin rəhbəri Şahin Rəcəbova məxsus olub,müəyyən problemlərdən sonradan o,villanı bacısının adına rəsmiləşdirib.
Hadisə ilə bağlı əməkdaşlarımız Şahin Rəcəbovun mövqeyini öyrənməyə çalışıblar,lakin Şahin Rəcəbov bu barədə vəkilinin bizimlə əlaqə saxlayacağını deyərək telefonu söndürdü.
Qeyd edək ki,ölkədə cərəyan edən koronavirusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan olunub.Ümid edirik ki,hüquq mühafizə orqanları bu şəxslər haqqında ciddi araşdırma aparacaq.
AzTimes.az