SON DƏQİQƏ: Jurnalistə sui-qəsd planı
RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu özünün və ailə üzvlərinin həyatının təhlükə altında olduğunu iddia edir. Baş redaktorun iddiasına görə “Veteks-2017” MMC-nin sahibi Vüqar Aslanov və onunla bir masada əyləşən komandası ondan qeyri-sivil yolla qisas almaq planlarını götür-qoy edirlər.
Bütün bunlardan narahatçılıq keçirdən sayt rəhbəri Prezident İlham Əliyevə, DTX-nin rəisi cənab Əli Nağıyevə və DİN-i cənab Vilayət Eyvazova müraciət edərək, özünün və ailə üzvlərinin təhlükəsizliyinin qorunmasını xahiş edib.
RealMedia.az olaraq baş redaktorun müraciətini təqdim edirik: