SON DƏQİQƏ:”Semaşko” önündə etiraz-Meyid sahiblərinə verilmir-VİDEO
1 saylı Kliniki Tibbi Mərkəzdə koronavirusdan ölən şəxsin yaxınları etiraz edir.
AzTimes.az xəbər verir ki, Süleymanov Rafiq Süleyman oğlu iyulun 31-dən avqustun 1-nə keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün gecə saat 01:00 radələrində mərhumun yaxınlarına xəstəxanadan zəng edilərək deyilib ki, xəstə ölüb.
Mərhumun yaxınları iddia edir ki, Rafiq Süleymanov həkim səhlənkarlığından ölüb. Hazırda mərhumun yaxınları 1 saylı Kliniki Tibbi Mərkəzin önünə toplaşaraq xəstəxana rəhbərliyindən suallarına cavab almaq istəyirlər.
Pərvin ABIŞOVA /AzTimes.az/