BMT-dən nüvə təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
BMT baş katibinin müavini İzumi Nakamitsu dünya ictimaiyyətini nüvə silahından səmərəsiz istifadəyə qarşı xəbərdar edib.
O, bu müraciəti RBC-yə müsahibəsində edib.
Nakamitsu deyib ki, nüvə təhlükəsinin aradan qaldırılmasının yeganə yolu dünyadakı bütün nüvə silahı ehtiyatlarının tamamilə məhv etməkdən keçir
“Nüvə müharibəsinin qarşısının alınmasının tərəfdarları bu konsepsiyanı təəssüfləndirici, lakin zəruri hesab edirlər; NSQEM (Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsi) imzalayanlar onu getdikcə daha çox şübhə altına alırlar – təkcə mənəvi əsaslarla deyil, həm də strateji və praktiki səbəblərə görə”, – o deyib.
Onun sözlərinə görə, nüvə silahının bir dövlətin maksimum təhlükəsizliyini təmin etmək yolu olması fikri yanlışdır.