Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb – FƏLAKƏT XƏBƏRDARLIĞI

Baxılıb:39
Dünya qlobal müharibəyə bu qədər yaxın olmayıb – FƏLAKƏT XƏBƏRDARLIĞI

Dünya Yaxın Şərqdə baş verən hadisələrə görə sürətlə qlobal müharibəyə doğru irəliləyir. ABŞ və Avropa çox gec olmadan İsrail və İran arasında gərginliyi dayandırmalıdır.

Bu xəbərdalığı Polşanın baş naziri Donald Tusk “X” sosial şəbəkəsində edib.

Tusk yazıb ki, İsrail və İran arasında qarşıdurma regional müharibəyə doğru gedir və bu, bütün dünyada sabitliyi poza bilər.

“Biz İkinci Dünya müharibəsindən bəri qlobal münaqişəyə bu qədər yaxın olmamışıq”, – deyə Tusk vurğulayıb.

Daha sonra o, Avropa və ABŞ-ı qüvvələri birləşdirib gərginliyi dayandırmağa çağırıb.

“Hələ də gec deyil!”, – deyə Polşanın baş naziri yazıb.


Abunəlik