Bu şəxslər koronovirusa yoluxmur

Baxılıb:688
Bu şəxslər koronovirusa yoluxmur

“Mütəxəssislərə tam aydın olmasa da, infeksiyalarda belə bir termin var – anergiya. Bu o deməkdir ki, hər hansı bakteriya və ya virus insanların immun sistemi görmür. Yəni virus həmin şəxsləri yoluxdura bilmir”.

AzTimes.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdiri əlavə edib ki, virus həmin şəxslərə düşsə də, sonradan aradan gedir:

“Bu şəxslərdə virus qalmır. Çünki onların hüceyrələri virus və ya mikroba həssas deyil və onu qəbul etmir”.


Abunəlik