28 May – Müstəqillik Gününə həsr olunmuş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” adlı tədbir keçirilib
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 28 May – Müstəqillik Gününə həsr olunmuş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” adlı tədbir keçirilib. Kollecin direktoru Ramil Vəliyev Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək tədbiri açıq elan edib.
Çıxışçılar 28 May – Müstəqillik Gününün xalqımız üçün müqəddəs və qürur günü olduğunu vurğulayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik əzmini nümayiş etdirdiyini qeyd ediblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün güclü və nüfuzlu müstəqil dövlətə çevrilib.
Tədbir tələbələrin çıxışları və videoçarxla davam edib, sonda fəal tələbələr tərifnamələrlə təltif olunublar.