“UĞURLU GƏLƏCƏK ÜÇÜN ETİBARLI DƏSTƏK” LAYİHƏSİ ÜZRƏ FƏALİYYƏTLƏR İCRA OLUNUR“
“UĞURLU GƏLƏCƏK ÜÇÜN ETİBARLI DƏSTƏK” LAYİHƏSİ ÜZRƏ FƏALİYYƏTLƏR İCRA OLUNUR“Uğurlu gələcək üçün etibarlı dəstək” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Bu ilin fevral ayından başlanmış layihədə xidmətlər göstəriləcək potensial benefisiarların ilkin siyahısı hazırlanmış, onun əsasında “Yol xəritəsi”nin tərtib edilməsi başa çatmış, hazırda isə onlara təhsil, sosial, hüquqi, psixoloji və digər ehtiyacların ödənilməsi kimi bir sıra yardımlar təqdim olunur.May ayı ərzində layihə çərçivəsində müəyyənləşdirilmiş benefisiarlar üçün uzunmüddətli fərdi və qrup təhsil xidməti, hüquqi və psixoloji dəstək, həmçinin sosial ehtiyaclarının qarşılanması üçün dərsliklər, məktəb ləvazimatları, çantalar, geyim və s. yardımlar davam etdirilib.Həmçinin layihəyə cəlb edilən və sosiallaşmağa ehtiyacı olan yeniyetmə dinləyicilər üçün qrupuna sosial inklüziya vasitəsi ilə dəstək işlərini özündə birləşdirən art terapiya kursları təşkil olundu. Xüsusi bacarıqların inkişafı üçün art terapiya kurslarının iştirakçıları arasında taxtada oyma, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, gips üzərində rəsmlər və s. öyrədildi.

Sözü gedən layihənin məqsədi ağır sosial vəziyyətdəki ailələrin və cəzaçəkmə müəssisəsində olan şəxslərin övladlarının sosial reabilitasiyasını həyata keçirməklə uşaqlar arasında cinayətkarlığın azaldılması, həmin qrupa daxil olan şəxslərin qanunlara riayət etməklə yaşamaları, cəmiyyətə tamhüquqlu vətəndaş kimi inteqrasiyası və onlara kompleks dəstəyin göstərilməsidir.Layihənin vəzifələrinə Bakı şəhərində yaşayan 6-17 yaş arası benefisiarlara yuxarıda qeyd edilən xidmətlərin göstərilməsi yolu ilə onların təhsil nəticələrini yaxşılaşdırma və beləliklə özləri və ailələrinin sosial vəziyyətlərinə müsbət təsir göstərmək üçün fəaliyyətlərin icrası daxildir.Layihə gələn ayda yekunlaşacaq.