Dünyada baş verən qeyri-adi hadisələr

Baxılıb:1659
Dünyada baş verən qeyri-adi hadisələr

Dünyada bəzən “bu da ola bilərmi?” deyiləcək qeyri-adi hadisələr baş verir.
AzTimes.az Metbuat.az-a istinadən dünyada baş vermiş qeyri-adi hadisələri təqdim edir.

1975-ci ildə ingilis cütlük televizorda ən sevdikləri proqramı izləyərkən adam yarım saat davam edən gülmə krizindən sonra infarkt keçirərək ölüb. Həyat yoldaşı cənazədən sonra proqramın produsserinə məktub yazaraq həyat yoldaşını həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edib.
Nyu Hempsere əyalətində bir uşaq kolasını bir mismarla açmağa çalışarkən həyatını itirib. Kolanın içindəki qaz təzyiqinə məruz qalaraq uçan mismar uşağın boğazına girib və uşaq həyatını itirib.
1983-cü ildə mağazadan oğurluq edərkən yaxalanan San Dieqolu qadın polislərə əgər onu buraxmazlarsa ölənə qədər nəfəsini tutacağını deyib. Polislər qadını buraxmayıblar və qadın həqiqətən də nəfəsini tutaraq həyatını itirib.
Amerikanın Nyu York şəhərində şəhərində yaşayan Karson adlı qadın əylənmək məqsədilə cənazə işləri ilə məşğul olan bir şirkətlə razılaşıb. Şirkət qadının evinə zəng edərək onun öldüyünü bildirib. Ailəsi qadının evinə gəldiyi zaman tabutun içində yatan Karson bir anda ortaya çıxıb. Həmin an qadının qızı infarkt keçirərək həyatını itirib.
Vaşinqtonda bir cinayətkar həbsxanadan qaçıb. Bir neçə gün sonra sevgilisi ilə görüşüb. Amma uzun müddət geri dönməddikdə sevgilisi narahat olaraq polisə xəbər verib. Beləliklə polislər adamın adını eşitdikdə kim olduğunu anlayıblar və adamı yaxalayıblar.


Abunəlik