Yalan haqqında həqiqət-Mart hadisələrindən 24 il ötür

Baxılıb:2675
Yalan haqqında həqiqət-Mart hadisələrindən 24 il ötür

AzTimes.az xəbər verir ki,  bu gün OMON hadisələrindən 24 il ötür.

OMON -1990-cı ilin avqust ayında Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) O dövrkü Daxili İşlər Naziri Məhəmməd Əsədovun təşəbbüsü ilə yarandı. “OMON” kimi məşhurlaşan Xüsusi Təyinatlı Polis Dəstəsi Ermənistanın Azərbaycana təcavüzünün başladığı, Qarabağda erməni separatizminin yeni baş qaldırdığı dövrdə azərbaycanlıların dayağının  ilk komandiri Əbil Rzayev olub.  1990-1991-ci illərdə ən qaynar nöqtələrə ezam olunan “OMON”-çular ermənilərin də qorxduğu əsas qüvvə olub.1991-93-cü illər ərzində XTPD-ə Rövşən Cavadov komandanlıq edib.

Image result for rövşən cavadovİlk yaradığında 60 nəfərlə fəaliyyətə başlayan OMON üzvləri sonradan 3000 nəfərə qədər yüksəlmişdir. 1993-cü ildən sonraRövşən Cavadov polkovnik hərbi rütbəsi alaraq Daxili İşlər Nazirinin müavini vəzifəsinə təyin olunması ilə komandir  formal olaraq  Nizami Şahmuradov olsa da Rövşən Cavadovun dəstə üzvləri qarşısında olan hörməti onun hələ də komandir kimi addım atmasına şərait yaradırdı.

Horadizin erməni işğalından azad edilməsi, Ağdam yaxınlığında 150 nəfərə qədər erməninin əsir götürülməsi, Ağdərənin Heyvalı kəndində erməni düşərgəsinin məhv edilməsində XTPD-nin böyük rolu olub. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsində əsas qüvvələrdən olan XTPD üzvləri 1991-ci ildə döyüş meydanında göstərdikləri rəşadətə görə milli qəhrəman adına layiq görülüb.( Yuri Kovalyov, Nofəl Quliyev,Tahir Həsənov,Vüqar və .b.)

……. 1995-ci il martın əvvəlində ölkənin qərbində mis alverinə himayədarlıq etməkdə təqsirləndirilən OMON-çularla hüquq-mühavizə  orqanları arasında münaqişə  yaranır. Martın 12-ndən 13-ə keçən gecə OMON-un Qazax və Axstafa rayonunda olan bölmələrinin üzvləri həmin ərazidə olan bəzi dövlət idarələrini ələ keçirir, polis əməkdaşlarını tərksilah edirlər.Onlar sonradan tutduqları binaları tərk etsələr də hökumət ümumilikdə OMON-u buraxmaq haqda qərar verir və xüsusi təyinatlıları dövlət çevrilişinə cəhddə ittiham edir.Lakin Rvşən Cavadov bunla razılaşmır . O zaman səkkizinci kilometr yaşayış massivində yerləşən bazasına çəkilir.Əslində qan tökülməməsi və silahların təvil verilməsi haqda razılığa  gəlinir. Lakin gecə saatlarında OMON bazasının hökumət qüvvələri tərəfindən mühasirəyə alınması tarixin gedişatını dəyişir. 40-a yaxın insanın ölməsi, 105 nəfərin yaralanması ilə nəticələnən faciə baş verir. Hadisə zamanı polkovnik Rövşən Cavadov aldığı güllə yarasından həlak olur.

Mart hadisələri ilə bağlı 700-ə yaxın şəxsin həbs edildiyi, onardan yalnız 340 nəfərin dəstə üzvü olduğu deyilir. Bu gün uzunmüddətli həbs olunanların çoxu azadlığa buraxılıb.OMON-un Qazax bölməsinin komandiri Elçin Əmiraslanov,

Image result for elçin əmiraslanov

Səfa Poladov

və Arif Kazımova ömürlük həbs cəzası verilib.Image result for arif kazımov

Hadisə mediadan da yan ötməyib. Mart hadisələri zamanı Röyter agentliyinin müxbiri Adil Bünyadov da peşə fəaliyyətini həyata keçirərkən qardaş silahından açılan güllə ilə həyatını itirmişdir.

Pərvin Abışova.

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir