İsrail ordusu Qəzzada böyük quru əməliyyatına başladı

Baxılıb:25
İsrail ordusu Qəzzada böyük quru əməliyyatına başladı

 

İsrail Müdafiə Qüvvələri ( İDF ) “Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağında genişmiqyaslı quru əməliyyatlarına başlayıb.

Bu barədə İDF “Telegram” kanalında məlumat verilib.

“Son sutka ərzində Cənub Komandanlığının komandanlığı altında olan İDF qoşunları, o cümlədən çağırışçılar və ehtiyatda olan hərbçilər “Gideonun döyüş arabaları” əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənubunda genişmiqyaslı quru əməliyyatlarına başlayıblar”, – məlumatda deyilir.

İDF əlavə edib ki, İsrail əsgərləri lazım gəldikdə Qəzza zolağında yerləşən terror təşkilatlarına qarşı əməliyyatları davam etdirəcək.

Mayın 13-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu HƏMAS-ı tamamilə məğlub etmək üçün yaxın günlərdə Qəzza zolağına “tam qüvvə ilə” daxil olacaq. Hökumət başçısı əlavə edib ki, ölkə qələbə qazanana qədər mübarizəni dayandırmayacaq.

Mayın 14-də “Maan” xəbər agentliyi bildirib ki, HƏMAS, İsrail tərəfi və Qəzza zolağında vəziyyətin nizamlanması üzrə dolayı danışıqlarda vasitəçilər dialoqun bərpası barədə razılığa gəliblər. Eyni zamanda, ABŞ nümayəndələri qarşıdan gələn dialoq raundunda əsas vasitəçi kimi çıxış etməlidirlər .

Bundan əvvəl İsrail Livanda HƏMAS-ın Qərb briqadasının rəhbərini öldürüb.


Abunəlik