“Azərbaycan Uşaqları ” İctimai Birliyi vəMatrix Academy MMC arasındaKorporativ əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Baxılıb:38
“Azərbaycan Uşaqları ” İctimai Birliyi vəMatrix Academy MMC arasındaKorporativ əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

“Azərbaycan Uşaqları ” İctimai Birliyi ilə
Matrix Academy MMC arasında
Korporativ əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.Memorandumun İmzalanmasında məqsəd İnformasiya Texnologiyaları sahəsində əməkdaşlığın aparılması,AUİB -i nəzdində reabilitasiya keçən yeniyetmələr üçün təmənnasız olaraq Matrix Academy də rəqəmsal təlimlərin təşkil olunması,birgə yeniyetmələr üçün müxtəlif sosial layihələrin təşkilində əməkdaşlıq,AUİB -in veb saytının hazırlanmasında Matrix Academy tərəfindən texniki dəstəyin verilməsi və layihənin təmənnasız icrasının təşkili, Matrix Academy tərəfindən AUİB əməkdaşlarına bütün təlim istiqamətləri üzrə güzəştli təhsil imkanının təqdim olunması,AUİB tərəfindən Matrix məzunlarının mövcud və ya gələcək vakansiyalar üzrə dəyərləndirilməsi və təcrübə imkanlarının yaradılması əlavə olaraq tərəflərin yazılı qarşılıqlı razılaşması ilə digər əməkdaşlıq sahələridir.

Qeyd edək ki memorandum TechSHEroes III tədbiri çərçivəsində imzalanıb.

Tədbirdə çıxış edən “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə yeniyetmələrin bu sahədə təhsil almasının önəmindən danışıb.Hər zaman göstərdikləri dəstəyə görə Matrix Academy təşəkkürünü bildirərək reabilitasiya keçən uşaqların və təşkilatın əməkdaşlarının inkişafı istiqamətində qarşılıqlı əməkdaşlığın günü gündən gücləndiriləcəyini qeyd edib.

Tədbir rəqəmsal sahədə xanımların inkişafı,ilhamverici karyerə hekayələrinin dinlənilməsi və yeni nəsil IT mütəxəsislərinin məzun günü ilə davam edib.

Tədbirin yekununda Matrix Academydə təhsil alan “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində reabilitasiya keçən Həsrətli Elvira qrafik dizayn sahəsində təhsil müddətini uğurla başa vurduğu üçün çıxış edərək akademiya tərəfindən serifikat ilə təltif edilib.


Abunəlik