Türkiyənin Sakarya Universitetinin İnsan və Toplum Bilimləri Fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi prof. dr. Mehmet Zafer Danış “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olub

Baxılıb:43
Türkiyənin Sakarya Universitetinin İnsan və Toplum Bilimləri Fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi prof. dr. Mehmet Zafer Danış “Azərbaycan Uşaqları” İctimai Birliyinin qonağı olub

AUİB-in sədri Kəmalə Ağazadə xarici ekspertə ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək onu binada yaradılmış şərait ilə tanış etmiş, burada həssas qrupdan olan məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasının həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradıldığını qeyd etdi.

Səfər çərçivəsində sığınacağın uşaqlarının təqdimatında Azərbaycan Respublikasının Dövlət himni və Türkiyyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.Uşaqların milli rəqsləri ilə davam edən tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin özgə uşağı olmur himni ilə yekunlaşıb.


Abunəlik