Tramp ABŞ-də dərmanların ucuzlaşacağını ELAN ETDİ
ABŞ prezidenti Donald Tramp reseptlə satılan dərmanların qiymətini demək olar ki, dərhal 30-80% azaltmağa kömək edəcək sərəncam imzalayacağını açıqlayıb.
Bu barədə o, “Truth” sosial şəbəkəsində məlumat verib.
ABŞ lideri bu sənədi ölkə tarixində ən mühüm icra sərəncamlarından biri adlandırıb.
Onun sözlərinə görə, sənəd mayın 12-də səhər saat 9:00-da imzalanacaq. ABŞ prezidenti sərəncamın təfərrüatlarını açıqlamayıb.
Donald Tramp paylaşımında ABŞ-da dərmanların niyə digər ölkələrlə müqayisədə bir neçə dəfə baha olması ilə bağlı çaşqınlığını ifadə edib.
“Əczaçılıq şirkətləri bunu tədqiqat və inkişaf xərcləri ilə əsaslandırırlar. Bu xərcləri əsassız olaraq amerikalı istehlakçılar öz üzərinə götürür”.