Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ

Baxılıb:32
Roma Papasından dünya liderlərinə ÇAĞIRIŞ

Roma Papası XIV Lev ilk bazar günü moizəsində Ukrayna və Yaxın Şərq, həmçinin Hindistan ilə Pakistan ilə bağlı sülh çağırışı edib.

Vatikanın başçısı Müqəddəs Pyotr meydanında “Göylərin Kraliçası” duasından sonra etdiyi çıxışında İkinci Dünya Müharibəsinin 60 milyon insanın həyatına son qoyduğunu xatırladıb və müasir dövrün siyasi liderlərinə çağırış edib.

Papa Ukraynada ədalətli və dayanıqlı sülhün təmin olunmasına, Qəzzada atəşin dayandırılmasına, girovların azad edilməsinə, humanitar yardımların çatdırılmasına çağırıb: “Sürətli və ədalətli sülhə nail olmaq, bütün əsirlərin azad edilməsi və uşaqların ailələrinə qaytarılması üçün mümkün olan hər şeyi etməyə çağırıram”.

Papa Hindistan ilə Pakistan arasında atəşkəsin əldə olunması xəbərini məmnuniyyətlə qarşıladığını vurğulayıb və yaxın gələcəkdə bu ölkələr arasında barışıq sazişinin imzalanacağına ümid etdiyini vurğulayıb.


Abunəlik