Rəsul Quliyevin qızı etiraz aksiyası təşkil etdi

Baxılıb:1101
Rəsul Quliyevin qızı etiraz aksiyası təşkil etdi

ABŞ-ın əksər ştatlarında ermənilərin Azərbaycana qarşı aqressiyasına və işğalçılıq siyasətinə etiraz olaraq soydaşlarımız kütləvi etiraz aksiyaları keçirilməkdədir.
AzTimes.az-a verilən məlumata görə, bu gün də Azərbaycanlıların sayca az olduğu Floridanın ən böyük şəhəri olan Jaksonvill şəhərində də belə aksiyalardan biri baş tutub. Aksiya Ramilə Oraşeva və Xanım Bağırova adlı azərbaycanlı fəalların təşkilatçılığı ilə keçirilib, “İşğala son!”, “Qarabağa Azadlıq!”, “Erməni aqresiyası son!”, “Erməni vəhşiliyinə son!” şüarları səsləndirilib.
Təşkilatçılardan biri olan Ramilə Oraşeva bu tip aksiyaların davamlı olacağını və erməni təcavüzünə etiraz olaraq ABŞ-ın digər ştatlarında da Azərbaycanın haqq səsini ucaldacaqlarını bəyan edib. 
Aksiyasının təşkilatçılarından biri Xanım Bağırova Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədri Rəsul Quliyevin qızıdır.(pravda.az)


Abunəlik