Müharibəyə başlamaqdan başqa seçim yoxdur – Pakistanın müdafiə naziri
Rəsmi İslamabadın Hindistana qarşı genişmiqyaslı müharibəyə başlamaqdan başqa seçimi qalmayıb.
Bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.
“Bizim bundan başqa variantımız yoxdur. Biz onlara eyni addımla cavab verməliyik”, – deyə nazir Pakistan xəbər kanalına müsahibəsində deyib.
O, jurnalistin “Müharibə qapımızdadırmı?” sualına belə cavab verib: “Buna heç bir şübhə yoxdur”.