Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?

Baxılıb:25
Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin birinci siniflərə qəbulla bağlı məlumatında qeyd olunub.

Bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. Burada uşaq fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur.

Qeyd edək ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 (üç) iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi əlaqə nömrəsinə və şəxsi kabinetinə göndərilir.


Abunəlik