207 saylı məktəbin direktoru şagirdlərdən 150 AZN pul tələb edir” Verməyən kənardan baxacaq” – VİDEO

Baxılıb:1623
207 saylı  məktəbin direktoru şagirdlərdən 150 AZN pul tələb edir” Verməyən kənardan baxacaq” – VİDEO

Bir qrup valideyn tərəfindən AzTimes.az-a olan müraciətə görə Nərimanov rayon S. Yolçuyev adına 207 saylı tam orta məktəbin direktoru Museyibli Yaqut İbrahim qızı son zəng tədbiri ilə əlaqədar 11-ci siniflərdən 150 manat müqabilində pul tələb edir. Verə bilməyən şagirdləri son zəngə buraxmayacağını, həmin uşaqların kənardan baxacağını bildirir. Dəfələrlə valideyn və şagirdlər yaxınlaşıb məbləğin çox olduğunu, imkanları olmadığını desələr də direktor öz dediyindən dönmür. Həmin şagirdlərin son zəng tədbirində iştirakını əngəlləyir. 11a sinfinin 26 şagirdindən 20-si məhz bu səbəbdən tədbirdə iştirak edə bilmir.Valideynlər atestat verilən zamanı direktorun qərəzli mövqe tutacağından narahatdırlar.Sözügedən səs yazını sizə təqdim edirik:( müəllif hüququnu qoruyun)


Abunəlik