Müəllimlərin nəzərinə – Mayın 12-də başlanılır

Baxılıb:29
Müəllimlərin nəzərinə – Mayın 12-də başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.

Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

Mayın 12-də başlayacaq növbəti mərhələdə Quba-Xaçmaz, Mil-Muğan və Şirvan-Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin, habelə əvvəlki mərhələdə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilverənlərin, ümumilikdə 620 işçinin attestasiyası keçiriləcək.

Həmin ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.


Abunəlik