Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir – Cırcırama qorxusu…

Baxılıb:28
Bu ölkədə insanlar küçəyə çətirsiz çıxa bilmir – Cırcırama qorxusu…

Sinqapur sakinləri çətin vəziyyətlə üzləşib.

Sinqapurun rayonlarından birində sakinlər cırcırama istilası səbəbilə evdən çətir götürmədən çölə çıxa bilmir, hətta başqa ərazilərə köçməli olurlar.

Buradakı məhəllələrdən biri martdan iyun ayına qədər cırcıramaların kütləvi hücumu ilə üzləşir.

Yerli sakinlər bildirirlər ki, cırcıramalar çox vaxt mənzillərə daxil olurlar. Bəzi insanlar problemə görə müvəqqəti olaraq köçmək məcburiyyətində qalıblar.

Bununla belə, şəhər şurası radikal tədbirlər görə bilmir. Cırcıramalar zərərverici hesab edilmir və onlara qarşı insektisidlərin istifadəsi qadağandır.


Abunəlik