Sabirabad Quşçuluq” MMC-nin direktoru: “Şirvan Apelyasiya Məhkəməsinin qarşısında özümü yandıracam”

Baxılıb:52
Sabirabad Quşçuluq” MMC-nin direktoru: “Şirvan Apelyasiya Məhkəməsinin qarşısında özümü yandıracam”

“Sabirabad Quşçuluq MMC”-nin təsisçi-direktoru Sahibkar Babaşov Dilavər Stam oğlu Şirvan Apelyasiya Məhkəməsi və Şirvan Kommersiya Məhkəmələrində kənar şəxs tərəfindən məhkəməyə təsir edilməsini iddia edir.
Sahibkar Dilavər Babaşov bildirir ki, onunla qardaşı övladları Babaşov Nemət Adışirin oğlu, Babaşov Şöhrət Adışirin oğlu arasında 26.01.2022-ci il tarixli “Təsis payının alqı-satqısı müqaviləsi” bağlanılmışdır. Müqaviləyə əsasən təsis payının yarısı Dilavər Babaşov tərəfindən qardaşı övladlarına satılırdı. Sadəcə müqavilə formal olaraq bağlanılmış və müqavilə qiyməti 10000 manat müəyyən esdilmişdir. Halbuki 2024-cü ildə müəssisənin audit rəyindən görünür ki, müəssisənin təsis paylarının ümumi dəyəri 18 milyon manatdan yuxarıdır. Sahibkar qardaşı övladları tərəfindən aldadıqlarını iddia edir. Çünki 18 milyon manatdan yuxarı dəyəri olan təsis payının 50 faizi 9 milyon manatdan daha artıq edir. Sadəcə qardaşı övladları təsis payının yarısı almaq üçün kredit götürməli olduqlarını, krediti götürmək üçün də şirkətin payçısı olmalarını iddia edərək sahibkarı aldatmışdır. Həmçinin Dilavər Babaşovun oğlu Nəbi Babaşovda həmin müəssisənin direktor müavinidir. Bir sözlə sahibkar Dilavər Babaşov şirkətin direktoru, oğlu Nəbi isə direktor müavinidir. Həmçinin O, cənab Prezident İlham Əliyevin də müəssisənin açılışında iştirak etməsini bildirmişdir.
Bununla bağlı vətəndaş Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, qanunda imperativ tələb olmasına baxmayaraq bütün proseslər audio-video yazı olmadan keçirilmişdir. İclas protokolları isə bəzi hissədə dəyişdirilmişdir. Şirvan Kommersiya Məhkəməsində sahibkarın iddiası rədd olunmuş, verilmiş apelyasiya şikayəti isə Şirvan Apelyasiya Məhkəməsinin hakimi Qasım Əliyev tərəfindən təmin edilməmişdir.
Sahibkar əsas iddia edir ki, həmin iş üzrə qarşı tərəf Babaşov Nemət Adışirin oğlu, Babaşov Şöhrət Adışirin oğlu hər yerdə Ali Məhkəmədə işləyən Pərviz Məmmədov adlı qohum olduqlarını, onun vasitəçiliyi ilə bütün məhkəmələrdə qələbə qazanacaqlarını bildirirlər. Sahibkar sifariş əsasında hər iki məhkəmədə iddialarının təmin edilməməsini bildirir. Hətta sahibkar işin Şirvan Apelyasiya Məhkəməsində baxılmasına dair etiraz versə də, etiraz baxılmamış saxlanılmışdır. Bu Halbuki etiraza baxmaq səlahiyyəti Ali Məhkəmənin səlahiyyətindədir.Həmçinin sahibkar ilkin iddianı cavabdehlərin qeydiyyatda olduqları Yasamal Rayon Məhkəməsinə verdiklərini, şikayətin verildiyi gün cavabdehlərin 1 gün içərisində Yasamal Rayonundan Şirvan Şəhərinə qeydiyyata düşdüklərini bildirir. Bu hal da Şirvan şəhərində işin qeyri-obyektiv araşdırılması barədə vətəndaşda şübhələr yaratmışdır.
Sahibkar Dilavər Babaşov bildirir ki, bu məsələ ilə bağlı tədbir görülməsə özünü, övladları ilə birlikdə bütün KİV-nin, mətbuatın gözü qarşısında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasının qarşısında benzin tökərək yandıracaqlar.


Abunəlik