Ekspertlərdən xəbərdarlıq: İki nüvə ölkəsi arasında gərginlik arta bilər

Baxılıb:27
Ekspertlərdən xəbərdarlıq: İki nüvə ölkəsi arasında gərginlik arta bilər

Xəbər verdiyimiz kimi, dünən gecədən etibarən Hindistan Pakistanda doqquz hədəfə zərbə endirdiyi “Sindoor” əməliyyatı başladıb.

Analitiklər sözügedən hücumların qarşıdakı günlərdə daha da artma riski ilə bağlı xəbərdarlıq ediblər.

Amerikalı xarici siyasət eksperti Maykl Kuqelman “X” platformasındakı yazısında bu məsələyə toxunub: “Hindistanın hücumları 2019-cu ildəkindən daha böyük miqyasdadır. Pakistanın cavabı da eyni dərəcədə sərt olacaq. Tərəflər 2019-cu il böhranının hər hansı digər nöqtəsindən daha təhlükəli vəziyyətdədirlər”.

Pakistanın keçmiş xarici işlər naziri Hina Rabbani Xar “Dawn” qəzetinə verdiyi açıqlamada Hindistanın beynəlxalq hüquqa məhəl qoymadığını söyləyib: “Pakistanın bu təcavüzkar qonşuya cavab vermək hüququ və gücü var.”

Ekspertlər nüvə enerjisinə malik iki ölkə arasında gərginliyin sürətlə artması riskinə diqqət çəkərək beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıblar.


Abunəlik