Ermənistan ordusu təcili toplantı siqnalı verdi
Azərbaycan və Türkiyə ordularının birgə təlimindən qorxuya düşən Ermənistan ordusu qəfil həyəcan siqanlı verib.
Bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qoşunların döyüş hazırlığının qəfil yoxlanıldığını elan edib.
AzTimes.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın Feysbuk səhifəsində bildirdiyinə görə, yoxlanışa ilk eşelonun birlikləri, hərbi hissələri və digər qüvvələrin bir hissəsi cəlb olunur.Həyəcan çağırışı ilə hərbçilər hazır vəziyyətə gətirilib./oxu24
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin geniş müştərək təlimləri fonunda həyəcan elan edildi.
Türkiyə qırıcılarının Bakıda görünüşü videosu: