İrəvanda qalmaqal: Milli Arxivin gizli materialları Bakıya verilib?

Baxılıb:27
İrəvanda qalmaqal: Milli Arxivin gizli materialları Bakıya verilib?

Ermənistanda Milli Arxiv materiallarının Azərbaycana ötürüldüyü haqda iddialar qalmaqal yaradıb.

Ermənistan mediası Milli Təhlükəsizlik Xidmətinin (MTX) Milli Arxivdən materialları “düşmən ölkəyə” təqdim edən qrupu həbs etdiyi məlumatını yayıb.

“Düşmən ölkə”nin adı çəkilməsə də, bir sıra media orqanı bunun Azərbaycan olduğunu yazır. Ermənistan MTX isə məlumatla bağlı heç bir açıqlama verməyib.

İddiaya görə, MTX qrupu poçt ünvanları vasitəsilə izləyib. “168 saat” saytı yazır ki, həbs olunanlar Milli Arxivin keçmiş direktor müavini Sonya Mirzoyan, Qohar Avaqyan, aylarla xaricdə kilsə sənədləri ilə məşğul olan hazırkı direktorun müşaviri Artur Stepanyan və rəqəmsallaşdırma şöbəsinin müdiri Anahir Koçaryandır.

“Qrupda Qoharın qohumları Anna və Arusyak da var. Sonya Mirzoyan ev dustaqlığındadır. MTX-nın Arxiv binasında əməliyyat keçirməsindən bir həftə keçsə də, heç bir məlumat yayılmayıb. Mənbəmiz bildirir ki, Arxiv direktorunun da baş verənlərdən məlumatı olub, lakin hər şey ört-basdır edilir. Nələr götürüldüyü bilinmir: xəritələr, mülkiyyət sertifikatları, tarixi materillar”, – sayt iddia edir.


Abunəlik