“Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb

Baxılıb:41
“Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb

Qlobal Cənub QHT Platformasının Təsis Forumu çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyi ilə Seyşelin Vətəndaş İştirakçılığı Platforması arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın tənzimlənməsi, sosial, ictimai və strateji sahələrdə layihələrin həyata keçirilməsi və birgə fəaliyyətlərin təşviqi məqsədilə bağlanılıb

Memorandum Tərəflərin sosial məsuliyyətini artırmaq, vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün imkanlar yaratmaq və sosial problemlərin həllində birgə səyləri təmin etmək, davamlı inkişafa dəstək olmaq məqsədlidir.

Əməkdaşlıq çərçivəsində əsas prioritetlərə ictimai layihələrin icrası, təlim və maarifləndirici tədbirlərin təşkili, vətəndaşların hüquqi və sosial biliklərinin artırılması təşəbbüsləri daxil olacaqdır.

Cəmiyyətin sosial, mədəni və iqtisadi inkişafına yönəlmiş layihələrin hazırlanması və həyata keçirilməsi, regionlarda sosial problemlərin həllinə yönəlmiş icma əsaslı təşəbbüslərə dəstək, Qeyri-hökumət təşkilatlarının institusional inkişafına yardım məqsədilə təlim və seminarların təşkili,Vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq təcrübəyə əsaslanan layihələrdə iştirakının təmin edilməsi,gənclər arasında liderlik bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqramların həyata keçirilməsi.

Tərəflər əməkdaşlıq çərçivəsində layihələrin effektivliyini artırmaq məqsədi ilə öz resurs və təcrübələrini səfərbər edəcəklər.


Abunəlik