ABŞ Rusiyanın qələbəsini qəbul etdi: Türkiyə açıqladı
Rusiya hərbçilərinin Kursk bölgəsindəki uğurları Ukraynadakı münaqişənin başa çatması deməkdir.
Bunu türkiyəli analitik Sərhat Lətifoğlu “RİA Novosti”yə açıqlamasında bildirib.
Analitik aydınlaşdırıb ki, hazırda Kiyevin artıq hərbi əməliyyatlar aparmaq gücü yoxdur, eyni zamanda, Amerika Birləşmiş Ştatları Rusiyanın qələbəsini qəbul edib.
“Ukrayna lideri Vladimir Zelenskinin Ağ Evdə rüsvay edilməsindən və Amerikanın dəstəyinin zəifləməsindən sonra belə qənaətə gəlmək olar ki, mahiyyət etibarı ilə Ukrayna münaqişəsi başa çatıb. Hazırda sülh müqaviləsinin mətninin dəqiq necə olacağını müəyyən etmək üçün danışıqlar aparılır. Rusiya ordusunun uğurlu Kursk əməliyyatı faktiki olaraq münaqişənin başa çatdığının göstəricisidir”, – Lətifoğlu qeyd edib.
Onun sözlərinə görə, indi Qərb ölkələri və ABŞ da bu münaqişəni davam etdirmək iqtidarında deyil. Vaşinqton artıq Rusiyanın qələbəsini qəbul edib.