Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Baxılıb:45
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

“İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır.

Bu barədə Reportyor.info-ya onun özü bildirib.

Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb.Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb.

Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. “Məndə olan müqavilə MMC-nin rəhbəri Rəsul Əhmədov şəxsən yazıb və imzalayıb. Şirkətin prezidenti Rauf Əliyev isə möhürləyib. Lakin Fətullayeva Təbərrük Sərxan qızında olan müqavilələr isə kompüterdən çıxarılıb. Hər iki müqavilədəki imza Rəsul Əhmədova məxsus deyil. Digər tərəfdən, müqavilənin birində möhür var, digərində isə yoxdur”, – deyə Rafiq Əmirov bildirib.

İnşaat Konstruksiyaları MMC-nin təsisçisi Rauf Əliyev və şirkətin rəhbəri Rəsul Əhmədov cinayət məsuliyyətinə cəlb edilib. Hazırda da onların məhkəməsi gedir.

Rafiq Əmirov məhz bu işdə zərərçəkən qismində tanınmasını istəyir. Lakin hansısa səbəbdən istintaq orqanı onu zərərçəkən qismində tanımayıb. “Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəfələrlər müraciət emişəm. Çünki cinayət işinin istintaqı həmin qurumda aparılıb. Hətta bu məsələ ilə əlaqədar iki dəfə Prezidenti Adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olmuşam”, – şikayətçi bildirib.

Vətəndaşın sözlərinə görə, Fuad Ələsgərovun qəbulunda olduqdan sonra onun zərərçəkmiş kimi tanınması barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinə məktub göndərilib:“Təsəvvür edin, iki dəfə belə bir məktub göndərilib. Lakin yenə də istintaq orqanı mənin zərərçəkmiş kimi tanınmağım barədə qərar qəbul etməyib”.

Şikayətçi baş verənlərlə bağlı Baş Prokurorluğa da müraciət edib.

Rafiq Əmirov üzləşdiyi qanunsuzluqlar barədə aşağıda təqdim videoda daha geniş danışıb:


Abunəlik