İnsan bədənində “zombi hüceyrələri” tapıldı
Con Hopkins Universitetinin tədqiqatçıları forma və funksiyaları ilə fərqlənən qocalmış “zombi” dəri hüceyrələrinin üç fərqli alt tipini müəyyən ediblər. Onlara qarşı fəaliyyət xərçəng kimi xəstəliklərlə mübarizə aparmağa kömək edəcək.
Araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
“Zombi hüceyrələri” normal hüceyrələrdən fərqli olaraq bədəndə özünü yox etmir. Zərər və ya stres səbəbi ilə bölünməyi dayandırırlar, toxumalarda qalırlar və iltihaba səbəb olurlar.
Alimlər qeyd edirlər ki, bu tədqiqat zərərli qocalma hüceyrələrini hədəf alacaq dərmanlar hazırlamaq üçün imkanlar açır.