Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı

Baxılıb:21
Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı

Türkiyənin Samsun şəhərində gecə saatlarında torpaq sürüşməsi baş verib. Təbii fəlakət nəticəsində dörd nəfərlik ailə torpaq və qaya parçalarının altında qalıb.

Hadisə Canik rayonunda ticarət mərkəzinin yanındakı avtomobil yuma parkında qeydə alınıb. Sürüşmə zamanı A.K. avtomobilini yuyurmuş, həyat yoldaşı Ç.K. yanında, iki övladı isə avtomobilin içində olub.

Fəlakət anı təhlükəsizlik kameralarına düşüb.

Hadisə nəticəsində ananın ayaqları sınıb. O, xəstəxanaya çatdırılaraq əməliyyat edilib.

Ata və iki övlad isə həyatını itirib.


Abunəlik