“WhatsApp” gələn ay bu 3 cihazdan silinəcək
Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan “WhatsApp” mayın 5-dən bəzi köhnə “iPhone” modelləri üzərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.
iPhone 5s
iPhone 6
iPhone 6 Plus
Meta ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər “WhatsApp”dan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.