Tovuzda ev güclü yanğından xilas edildi

Baxılıb:42
Tovuzda ev güclü yanğından xilas edildi

Tovuz rayonu, Bozalqanlı kəndində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 40 m² olan köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evə keçməsinə imkan verilmədən qısa müddətdə södürülüb.

Yanğın nəticəsində köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının plastikdən ibarət pəncərə çərçivəsi və içərisində olan 1 ədəd dolab yanıb.

Ev yanğından mühafizə olunub.


Abunəlik