ABŞ gizli sənədləri üzə çıxardı: Rus əsgərlərlə yadplanetlilərin qarşıdurması – Daşa dönüblər

Baxılıb:29
ABŞ gizli sənədləri üzə çıxardı: Rus əsgərlərlə yadplanetlilərin qarşıdurması – Daşa dönüblər

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın xarici kəşfiyyat orqanı olan CIA Sovet İttifaqının kəşfiyyat xidməti olan KQB-yə aid yadplanetlilərlə bağlı 250 səhifəlik hesabat əldə edib.

Bu barədə “New York Post” qəzeti yazıb.

Məlumata görə, hesabat yadplanetlilərlə sovet əsgərləri arasındakı münaqişəni əhatə edir. Sənədə görə, 1991-ci ilə qədər Sovet İttifaqının nəzarəti altında olan Ukraynada təlimlər keçən rus əsgərləri başlarının üstündə alçaqdan uçan nəlbəki şəkilli kosmik gəmini (UFO) görüblər.

Sözügedən UFO rus əsgərlərindən birinin atdığı raketlə vurularaq yerə düşüb. Sağ qalan əsgərlərin ifadələrinə görə, qəzaya uğramış kosmik gəmidən iri başlı və iri qara gözlü beş qısa insanabənzər məxluq çıxıb.

Bu canlılar bir araya toplaşaraq dairəvi forma alıb, birləşərək vahid obyektə çevriliblər. Daha sonra bu dairə böyüyüb və son dərəcə parlaq bir işıqla yanıb-sönərək partlayıb. Elə həmin anda hadisəni izləyən 23 rus əsgəri daş sütuna çevrilib. Hadisə yerindən bir az aralıda dayandıqları üçün isə iki əsgər sağ qalıb.

İddia edilir ki, KQB daşlaşmış əsgərləri və qəzaya uğramış yadplanetli gəmini paytaxt Moskva yaxınlığındakı gizli bazaya aparıb. Qalıqları tədqiq edən sovet alimləri yadplanetlilərin işığının rus əsgərlərinin hüceyrələrini əhəng daşına bənzər bir maddəyə çevirdiyini aşkar ediblər.

Mərkəzi Kəşfiyyat İdarəsinin agenti hadisəni “yerdənkənar canlıların qan donduran qisas aktı” kimi qiymətləndirib: “Biz təhlükə altındayıq. Yadplanetlilərin çox qabaqcıl texnologiyası və silahları var”.

Həmçinin qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyinin əlində sirli uçan obyektlərlə bağlı çoxlu fayllar var.


Abunəlik