Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir

Baxılıb:1615
Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir


Hər zaman olaylara humanist kimi yanaşmışam. Zorakılığın əleyhinə olmuşam.
Amma , bu zorakılıq otuz ildir ki, bizə qarşı törədilir. 30 ildir körpələrimiz öldürülür, qız- gəlinlərimizə işgəncə verilir.
Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir.
Düşünə bilirsinizmi ? Qadın kimi düşünün bunu. Ana kimi düşünün bunu. Canın bir parçası olan övladına nifrətlə baxmağın nə olduğunu fikirləşə bilməyin özü belə insanı vahiməyə salır.
Dayılarına nəinki güllə atmağın, hətta onların müdafiəsinə qalxmağın da acı nəticələri göz önündə.
Yuxarıda qeyd etdiklərim qızlarımızın, aşağıda sadaladıqlarım oğlanlarımızın məcburi məhkum olunduğu acı həyat dramıdır.
Belə şəraidtə hansı humanistlikdən danışacağamsa, haqsız olacağam.
Əzizlərim, Dünya bu gün ermənilərin etdiklərinə cavab vermədiyi halda, biz soydaşlarımızı qınamayaq.
“Başına gələn başmaqçı olar” deyimini fikirləşib, ermənilər olanlardan əleyhimizə istifadə edərlər fikrinə gəlincə isə :

Əvvəla ermənilərin soydaşlarımızı döyməsinə adekvat reaksiyalar Azərbaycanda yox, xaricdəki soydaşlarımız tərəfindən verilib. Və digər ölkə vətəndaşları olduqları üçün, onları Azərbaycan dövləti idarə edə bilməz.

Sonrasına qaldıqda 30 ildir ermənilər bütün beynəlxalq hüquq normalarını pozur , Azərbaycan xalqının haqqını, hüququnu tapdayır, torpaqlarını işğal edir, təxribatlar, fitnələr törədir, beynəlxalq ictimaiyyət isə reaksiya vermir.
Bəs hüquq dili ilə onlara niyə şamil olunmur?
Burda azərbaycanlı olmaqdan danışmaq da lazım deyil.
İstənilən xalqın təmsilçisinə belə davransan, soydaşları qeyri-ixtiyarı bu cür reaksiya verər.
Hər bir toplumun , o cümlədən azərbaycanlının da öz qürurunun müdafiəsinə qalxmaq haqqı var. Bu qədər sadə və bəsit…

Mehriban Sadıqova /AzTimes.az/


Abunəlik