Türkiyə müharibə astanasında
Türkiyə ilə Yunanıstan arasında yenidən gərginlik baş qaldırıb.
AzTimes.az xəbər verir ki, Türkiyənin Qızılhisar (yunanca – Meis) və Rodos adaları ətrafında seysmik araşdırmlar aparmaq məqsədilə NAVTEX (Navigational Telex) elan etməsi Aralıq dənizində gərginliyin yüksəlməsinə səbəb olub.
Adanı silahlandıran Yunanıstan Türkiyəyə əngəl olmaq üçün ordusunu hərəkətə keçirib. Yunanıstan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Konstantinos Floros Cənubi Kiprdən ölkəsinə təcili geri qayıdıb. Orduda bütün məzuniyyətləri ləğv edib və orduya “qırmızı siqnal” verilib.
Türkiyə Silahlı Qüvvələri bu hərəkətliliyə qarşılıq olaraq F-16 qırıcıları, pilotsuz uçuş aparatları və silahlı pilotsuz uçuş aparatlarını havaya qaldırıb. Seysmik araşdırmalar edəcək 3 gəminin bölgəyə hərəkətindən əvvəl Hərbi Dəniz Qüvvələrinə aid 15-ə yaxın gəmi bölgəyə göndərilib.
Bölgədəki gərginlik diplomatiyada da əksini tapıb. Türkiyədəki Yunanıstan səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. NATO və BMT Təhlükəsizlik Şurasında mövzunun gündəmə gətirilməsi üçün təşəbbüslər irəli sürülüb./publika.az