Putinin xüsusi nümayəndəsindən İrəvana mesaj: Ermənistan nəyə hazırdırsa, biz də…
Rusiya Ermənistanla əməkdaşlığa açıqdır və erməni tərəfinin hazır olduğu hər şeyə hazırdır.
Bunu İrəvanda jurnalistlərə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
“Sabah və o biri gün müxtəlif idarələrin rəhbərləri ilə görüşəcəyəm: Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, hökumət. Biz erməni tərəfinin hazır olduğu hər şeyə hazırıq. Bu, bəlkə də bizim cavabımızdır. Ermənistan nəyə hazırdırsa, biz də ona hazırıq”, – Şvidkoy qeyd edib.
Onun sözlərinə görə, söhbət xüsusən kino, teatr, tamaşa sənəti, bədii təhsil sahələrində əlaqələri inkişaf etdirmək istəyindən gedir.