ABŞ bu ölkənin vətəndaşlarına verilən bütün vizaları ləğv etdi – SƏBƏB

Baxılıb:28
ABŞ bu ölkənin vətəndaşlarına verilən bütün vizaları ləğv etdi – SƏBƏB

ABŞ Dövlət Departamenti Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verib.

Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.

O, Cənubi Sudan hökumətini “ABŞ-dan istifadə etməkdə” günahlandırıb. Belə ki, Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi qarşı tərəfi qəzəbləndirib.

“Ölkəmizin immiqrasiya qanunlarının tətbiqi ABŞ-ın milli təhlükəsizliyi və ictimai təhlükəsizliyi üçün çox vacibdir. Başqa bir ölkə deport edilən vətəndaşlarını vaxtında qəbul etməlidir”, – Rubio vurğulayıb.

Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxıla biləcəyini də diqqətə çatdırıb.

Qeyd edək ki, bir ölkənin vətəndaşlarına verilən bütün vizaların ləğvi ABŞ tarixində ilkdir.


Abunəlik