Deputat Ülvi Quliyevin Oğlu Londonda 1.3 Milyona Mənzil Aldı-FOTO-SƏNƏD

Baxılıb:1033
Deputat Ülvi Quliyevin Oğlu Londonda 1.3 Milyona Mənzil Aldı-FOTO-SƏNƏD

Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Londonda 600 min funt sterlinqə (1.300.000 manat) mənzil alıb. 

Xəbəral.az  bildirir ki, bu barədə faktları jurnalist Cavanşir Həsənli yeni araşdırmasında təqdim edib.

Onun yazdığına görə, deputatın oğlu iyunun 25-də İngiltərə paytaxtında, Avenue road, 32, N12 8PY-dəki evi almaq üçün 0635 3306 0009 saylı alqı-satqı müqaviləsi imzalayıb və iyulun 3-də müqavilənin şərtlərinə əsasən 600 min funt sterlinq vəsait UGANO LTD vasitəsilə Hampshire Trust Bank PLC üzərindən ödənilib.

Jurnalist bildirir ki, bu, Ülvi Quliyevin oğlunun Londonda aldığı sayca 5-ci evdir. Orxan Quluzadə bundan əvvəl Londonda daha 4 mənzil alıb:

LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq)
LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq)
LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq)
LONDON BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).

Ülvi Quliyevin oğlu UGANO LTD-ni 2009-cu ildə Londonda təsis edib, şirkət ötən ilin iyul ayınadək GUANO LTD adı ilə fəaliyyət göstərib. 2019-cu il maliyyə hesabatına görə şirkətin aktivləri 1 milyon funt (1.200.000 dollar) civarında olub.


Abunəlik