Generalın anası Nazilənin hədiyyəsini geri qaytardı-VİDEO

Baxılıb:1185
Generalın anası Nazilənin hədiyyəsini geri qaytardı-VİDEO

Nazilə Səfərli canlı yayımda olarkən maraqlı məsələyə toxunub. 

AzTimes.az azxeberkoma istinadən xəbər verir ki, o, general Polad Həşimovun ailəsinə baş çəkərkən evdə kondisionerin olmadığını görüb. Səhəri gün evə kondisioner alıb göndərib. Generalın şəhid anası isə  “heç kimdən hədiyyə götürmədiyini” vurğulayaraq, hədiyyəni geri göndərib. 
Nazilə Səfərli bundan məyus olsa da, şəhid anası ilə qürur duyduğunu canlı yayımda dilə gətirib.
Nazilə Səfərlinin bu məsələni ictimailəşdirməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Həmin videonu təqdim edirik:


Abunəlik