Nərmin Şamilbəyli son olaylar haqda:”Bu şou kimi, çox pis şou kimi görünür”

Baxılıb:627
Nərmin Şamilbəyli son olaylar haqda:”Bu şou kimi, çox pis şou kimi görünür”

Paşinyanın xanımının bizə ünvanladığı qondarma sülh çağırışına diplomatik formada verdiyim cavabın tərcüməsini də paylaşıram. İngilis dilində bir çoxları başa düşmədiyindən bu dəfə öz dilimizdə paylaşıram.

“Anna Hakobyan hansı haqla buna cəsarət edir? Dünya buna necə cəsarət edir?!
Bir qadın, bir siyasətçi, bir ictimai fəal, bir insan və bir azərbaycanlı olaraq … Ölkələr, millətlər, mədəniyyətlər, adətlər arasındakı humanizm prinsiplərinə, tolerantlığa hörmət edirəm. Həmişə sülhü, sabitliyi dəstəkləyirəm. Ancaq sülhü qorumaq və müharibə etmək bizdən asılı olan bir məsələ deyil, siz təxribatçı hərəkətlərə başlayaraq sülh istəyə bilməzsiniz, bu şou kimi, çox pis bir şou kimi görünür. Vətəndaşlarımın, ordu üzvlərimin çoxu döyüşdə həlak oldular. Vəziyyət ciddidir. Düşünmürəm ki, bu yalnız ermənilərlə azərbaycanlılar arasındakı müharibədir. Heç bir müharibədə və ya döyüşdə bir neçə “tərəfdaş”, müttəfiqlər olmur, bu dünya miqyaslı bir proqramdır. Regionu idarə edən, müharibə və ya sülhü təşkil edən böyük güclər var. Əgər Dünya hər iki tərəfdən sülh istəyirsə, sülhü özü tənzimləsin. Qlobal güclər bunu asanlıqla edə bilərlər. Biz edə bilmirik. Çalışırıq, amma hələ də buna nail ola bilmirik. Anna Hakobyan bizə sülh müraciəti edib müharibəni dayandırmağımızı istəyir. Sizdən soruşuram:Xanım A. Hakobyan, buna necə cəsarət edirsiniz? Müharibəyə səbəb olduğunuz halda Sülh tələb edə bilməzsiniz. Sizin sülh istəməyə haqqınız yoxdur, çünki bizi müharibəyə siz təhrik edirsiniz, azərbaycanlıları müharibə təxribatına siz çəkirsiniz. Atəşkəsin pozulmasının səbəbi də sizsiniz, sonra sülh istəyən də? Bu mənasızdır.
Bunu biz başlatmadıq. Biz sadəcə özümüzü, ölkəmizi müdafiə edirik. Niyə hər zaman biz azərbaycanlılar sülhü qəbul edərək ərazilərimizi itirməliyik? Sizə görə sülh anlayışı budur? Siz necə cəsarət edirsiniz ?!Ey Dünya, insanları həm sülhə səsləmək və eyni zamanda müharibələri təşkil etmək humanizm üçün bir çağırış deyil, bu sadəcə formallıq üçün istifadə olunan sözlərdir. Buna necə cəsarət edirsən?

Sülh istəməyin, sülh yaradın!”

Nərmin Şamilbəyli /AzTimes.az/


Abunəlik